Daxil ol



Şifrəni unutmuşam
Qeydiyyat

blogger - zhalanajafova / "Sosium" - sosial bloq yazıları müsabiqəsi

Bloqlarla əlaqədar təlimlər keçirən YazYay Məktəbi bloq müsabiqəsi
elan edir. Məqsədi gənclər arasında sosial bloqçuluğu inkişaf etdirmək olan bu müsabiqədə bütün blogerlər iştirak edə bilər. Yazıları təcrübəli bloqer və yeni media mütəxəssislərindən ibarət münsiflər heyəti qiymətləndirəcəkdir. Müsabiqədə qalib gələn 3 yazı 100 manat, 4 və 5ci yerləri tutmuş müəlliflər isə 50 manat məbləğində mükafat qazanacaqlar.

Müsabiqəyə yazıları 21 iyun (Bakı vaxtı ilə saat 23.00-ə kimi)
tarixinədək aşağıdakı qaydalarla təqdim etmək olar:

1. Öz bloqunuzda, hər hansı kollektiv bloqda yerləşdirilmiş yazını
(bloqpostunu) www.sosium.com/musabiqe keçidində qeydiyyatdan
keçirmək.
2. Və ya, yazını www.sosium.com saytında qeydiyyatdan keçərək
yerləşdirmək (bloq postu kimi)
Müsabiqənin şərtləri aşağıdakılardır:
1. Yazılar (yəni, bloq postları) sosial mövzularda olmalıdır (misal
üçün, ictimai problemlər, cəmiyyət, ekologiya, mədəniyyət, gənclər,
təhsil, mənim şəhərim, iqtisadiyyat, əmək və s.)
2. Bloq yazısı Azərbaycan dilində olmalıdır və 600 sözdən çox olmamalıdır.
3. Müsabiqəyə bir bloqçu ən çox 2 yazı təqdim edə bilər (lakin 1
müəllifin 1 yazısı qalib gələ bilər).
4. Yalnız 1 aprel – 21 iyuna qədər yazılmış yazılar təqdim oluna bilər
(yayımlanma (post olunma) tarixi əsas götürüləcək)
5. Müsabiqədə video (maksimum 3 dəqiqəlik) və foto postlar (4-12 fotodan ibarət seriya) da iştirak edə bilər. Daha ətraflı məlumat üçün bu linkə klikləyin: sosium.com/musabiqe/musabiqe-haqqinda/

Müsabiqə ilə bağlı bütün suallarınızı yazyay@gmail.com ünvanına yaza
bilərsiniz.

Qeyd edək ki, YazYay Məktəbi və bloqlar müsabiqəsi AEGEE-Bakı Avropa Tələbələr Forumu təşkilatı tərəfindən Soros fondunun maliyə dəstəyi ilə keçirilir.