Daxil ol



Şifrəni unutmuşam
Qeydiyyat

bloqu Raksana / USAİD-İN ÖLKƏ ÜZRƏ DİREKTORU GEDİR

Dünən Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində “Gənclər Klubu” İctimai Birliyi USAİD-in ölkə üzrə direktoru, Scott Taylorun səlahiyyət müddətinin bitməsi və onun fəaliyyətinin gənclər tərəfindən qiymətləndirilməsi ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının rəhbərləri iştirak ediblər. S. Taylor tədbirdə “Gənclərin dostu” diplomu ilə təltif olunub. Scott Taylor çıxışında məmnunluğunu gizlətməyib: “Mən çox şadam ki, Azərbaycanı belə bir diplomla tərk edirəm. Bu vaxta kimi mənə çox mükafat veriblər. Amma ən maraqlı mükafat bu oldu. Bu diplomu ömrümün sonuna qədər böyük həvəslə saxlayacağam”.