Daxil ol



Şifrəni unutmuşam
Qeydiyyat

blogger - zhalanajafova / "Sosium" - sosial bloq yazıları müsabiqəsi

Bloqlarla əlaqədar təlimlər keçirən YazYay Məktəbi bloq müsabiqəsi
elan edir. Məqsədi gənclər arasında sosial bloqçuluğu inkişaf etdirmək olan bu müsabiqədə bütün blogerlər iştirak edə bilər. Yazıları təcrübəli bloqer və yeni media mütəxəssislərindən ibarət münsiflər heyəti qiymətləndirəcəkdir. Müsabiqədə qalib gələn 3 yazı 100 manat, 4 və 5ci yerləri tutmuş müəlliflər isə 50 manat məbləğində mükafat qazanacaqlar.

Müsabiqəyə yazıları 21 iyun (Bakı vaxtı ilə saat 23.00-ə kimi)
tarixinədək aşağıdakı qaydalarla təqdim etmək olar:

1. Öz bloqunuzda, hər hansı kollektiv bloqda yerləşdirilmiş yazını
(bloqpostunu) www.sosium.com/musabiqe keçidində qeydiyyatdan
keçirmək.
2. Və ya, yazını www.sosium.com saytında qeydiyyatdan keçərək
yerləşdirmək (bloq postu kimi)
Müsabiqənin şərtləri aşağıdakılardır:
1. Yazılar (yəni, bloq postları) sosial mövzularda olmalıdır (misal
üçün, ictimai problemlər, cəmiyyət, ekologiya, mədəniyyət, gənclər,
təhsil, mənim şəhərim, iqtisadiyyat, əmək və s.)
2. Bloq yazısı Azərbaycan dilində olmalıdır və 600 sözdən çox olmamalıdır.
3. Müsabiqəyə bir bloqçu ən çox 2 yazı təqdim edə bilər (lakin 1
müəllifin 1 yazısı qalib gələ bilər).
4. Yalnız 1 aprel – 21 iyuna qədər yazılmış yazılar təqdim oluna bilər
(yayımlanma (post olunma) tarixi əsas götürüləcək)
5. Müsabiqədə video (maksimum 3 dəqiqəlik) və foto postlar (4-12 fotodan ibarət seriya) da iştirak edə bilər. Daha ətraflı məlumat üçün bu linkə klikləyin: sosium.com/musabiqe/musabiqe-haqqinda/

Müsabiqə ilə bağlı bütün suallarınızı yazyay@gmail.com ünvanına yaza
bilərsiniz.

Qeyd edək ki, YazYay Məktəbi və bloqlar müsabiqəsi AEGEE-Bakı Avropa Tələbələr Forumu təşkilatı tərəfindən Soros fondunun maliyə dəstəyi ilə keçirilir.

blogger - Vusal / Müsbət mənada fərqlənək

İnsan bəzən, geyimində davranışında, istərsə də düşüncələrində fərqli olmağa can atır. Bu yolla başqalarından seçilmək, ya da diqqət mərkəzində olmaq istəyir. Lakin Ardı...

blogger - Vusal / Sonrakı peşmançılıq...

Əvvəllər həmişə ötüb-gedəni saxlamaq istərdim. Məndən uzaq düşən dostlarımı, qohumlarımı, hətta saatın bir-bir rəqəmlər üzərindən keçən əqrəblərini belə, tutub saxlamaq istərdim. Buna görə də həmişə zamana iradım tutub. Amma elə bəlkə də özüm də qayıtmamaq üzrə çox ötmüşəm sevdiyim kəslərin yanından. Əfsus, zamanı saxlamaq olmur. Həyatımız məhz zamanla dəyişilə bilir. İnsan doğulur, yaşayır, böyüyür. Bəlkə də bu zaman ərzində bəzən heç düşünmür ki, bu dünyaya göz açdığı andan etibarən ömrü anba-an azalır, artmır. İradəsi yetmədiyi təqdirdə isə udmur, uduzur və ta o vaxta qədər ki, insanın əində-ovucunda heç nə qalmır. Hər şeydən zaman onu məhrum edir. Ancaq o zaman insan nələri itirdiyini dərk edir. Necə deyərlər: “Daş da qiymətlənir əldən gedəndə...”
Ümumiyyətlə, insan xasiyyəti belədir. Necə ki, can sağlığı var, var-dövlət istəyir. Pulu var. Məhəbbət istəyir. Var olanın dəyəri isə dəyərsizlik olur. Ardı...

blogger - Vorzakon / Diqqət diqqət


Barak Obamanin oxsari olan Azeri hemyerlimizin verdiyi statistik melumata esasen o bu yaxinlarda dunyanin bir cox taninmiw olkelerine sefere cixmaga hazirlasir.Aldigim melumata gore Hemyerlimiz Xocali soyqrimini dunyanin bir cox taninmiw olkelerinde tanitmaq isteyir,ve en esasi onun hetta Amerikaya Ag eve getmek ve Barak Obamaya Xocali Soyqrimini tanitmaq fikri var.BIZ DE OZ HEMYERLIMIZE UGARLAR ARZULAYIRIQ INSALLAH SEFER YAXSI KECER VE OBAMA ILE SOHBETI BAW TUTAR.IMZA:Vusal

Blog by admin / Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Murad Qorxmaz oğlu Cabbarlı Şəki şəhəri icra başçısı təyin olunub

Azərbaycan respublikasının prezidenti İlham Əliyevin imzaladığı 21 aprel 2010-cu il tarxli sərəncama əsasən Şəki şəhəri İcra hakimiyyətinin başçısı Nazim Əsabəli oğlu İbrahimov tutduğu vəzifədən azad edilib.

Azərbaycan respublikası prezidenti İlham Əliyevin eyni tarixli sərəncamı ilə Murad Qorxmaz oğlu Cabbarlı Şəki şəhəri icra başçısı vəzifəsinə təyin olunub.

anspress.com/index.php?a=2&lng=az&nid=38519

Update: Yol Polisi rəisi də işdən azad edilib.
  • +1
  • 22 апреля 2010, 00:42
  • admin
  • 1+1

bloqu Inc / Flashmob

Ən çox xoşladığım iki flashmob:

Ardı...
  • 0
  • 19 апреля 2010, 03:27
  • Inc
  • 2+2

bloqu Raksana / USAİD-İN ÖLKƏ ÜZRƏ DİREKTORU GEDİR

Dünən Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində “Gənclər Klubu” İctimai Birliyi USAİD-in ölkə üzrə direktoru, Scott Taylorun səlahiyyət müddətinin bitməsi və onun fəaliyyətinin gənclər tərəfindən qiymətləndirilməsi ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının rəhbərləri iştirak ediblər. S. Taylor tədbirdə “Gənclərin dostu” diplomu ilə təltif olunub. Scott Taylor çıxışında məmnunluğunu gizlətməyib: “Mən çox şadam ki, Azərbaycanı belə bir diplomla tərk edirəm. Bu vaxta kimi mənə çox mükafat veriblər. Amma ən maraqlı mükafat bu oldu. Bu diplomu ömrümün sonuna qədər böyük həvəslə saxlayacağam”.

bloqu Raksana / Osman Can: “Obamanın dolayısı ilə prezidentlik səlahiyyətinin ləğvi qanunla mümkündür”

Osman Can: “Obamanın dolayısı ilə prezidentlik səlahiyyətinin ləğvi qanunla mümkündür”

Türkiyə Konstitusiya Məhkəməsinin hakimlərindən biri Osman Can maraqlı bir açıqlama verib. Konstitusiya məhkəməsinin verə biləcəyi qərarlar barədə danışan Can 24 apreldə Barak Obamanın “soyqırım” deyib deməyəcəyi məsələsinin qanuni tərəflərini aydınlaşdırıb.

Osman Can deyib ki, qarşıdan 24 aprel gəlir. “Obama “soyqırım” sözünü dedi və qəbul etdi. Nə olacaq? Türkiyə Konstitusiya Məhkəməsi hərəkətə keçdi və Obamanın prezident səlahiyyətlərini əlindən aldı. Ola bilərmi? “Olmaz” deyirsiniz. Amma bir şüy deyim. Konstitusiyada bunu qadağan edən maddə yoxdur. Amma Obamanın dolayısı ilə prezidentlik səlahiyyətinin ləğvi qanunla mümkündür”.

Blog by admin / Yeni sistem

Hörmtəli istifadəçilər,
Sizə ShekiBlog-un yeni versiyasını təqdim edirəm.
Bu çox rahat və bütün imkanlara malik olan bir sistemdir. Tam Azərbaycan dilinə tərcümə edilib. Əgər hər-hansı bir səhv tapsanız, xahiş edirem mənim əlaqə saxlayasınız və ya bu mövzuda şərh olaraq yazın.

Hörmətlə.
  • 0
  • 17 апреля 2010, 05:40
  • admin
  • 1+1